...

Kinomuzda xeyli irəliləyiş var - rejissor Şamil Nəcəfzadə

Cəmiyyət Materials 7 Yanvar 2008 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 yanvar /müx. TrendLife Eldar Hüseynzadə/

Keçən il Azərbaycan kinosunda ciddi irəliləyişlər oldu. Bununla bağlı öz fikirlərini TrendLife-l bölüşən rejissor Şamil Nəcəfzadə Murad İbrahimbəyovun "Üç qız" əsərini yüksək qiymətləndirdiyini sölədi: "Fikrimcə, bu film həm yumor, həm dramatik janr baxımından gözəl alınıb. Bundan əlavə, Ramiz Həsənoğlunun lentə aldığı "Cavid həyatı"nı da uğurlu filmlərdən hesab etmək olar. Çünki bəzi gənclər hazırda Hüseyn Cavid haqqında az bilir. O ki qaldı Elxan Qasımovun "Biz qayıdacağıq" filminə, bu əsər mən valeh elədi. Belə filmlər xalqımıza lazımdır. Mən ümid edirəm ki, hələ müharibə bitməyib, biz qalib gələcəyik. Bu cür əsərələr insanlara müsbət təsir göstərir".

Xəbər lenti

Xəbər lenti