Azərbaycan, Bakı, 11 yanvar /müx. TrendLife Eldar Hüseynzadə/
Tanınmış aktrisa Həmidə Ömərova boş vaxtlarında yazmağı çox sevir. Hazırda isə yeni filmin ssenarisi üzərində çalışır. Bu haqda aktrisa özü TrendLife-a xəbər verib: "Mənim rəfiqələrim bilir ki, yazmağı sevirəm. Və məhz onlar məni yeni filmə ssenari yazmağı təklif etdilər. Film orta yaşlı aktrisaların problemlərindən bəhs edəcək. Hələki işimiz tam bitməyib. Amma inanıram ki, layihə uğurlu alınacaq".