...

"Evrovision"a namizədin adı fevralın 2-də bəlli olacaq

Cəmiyyət Materials 16 Yanvar 2008 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar /müx. TrendLife Günel Əhmədova/

"Evrovision-2008"in rəsmi saytında adı ilk dəfə hallandırılan Azərbaycanın iştirakçısının adı bu günlərdə elan ediləcək. İctimai Televiziyanın nümayəndəsi Leyla Əliyevanın TrendLife-a bildirdiyinə görə, fevralın 2-də Heydər Əliyev adına İdman və Konsert Kompleksində müsabiqə finalçılarının konserti təşkil olunacaq. Konsertin yekununda üç iştirakçıdan birinin (Elnur Hüseynov, Aynur İsgəndərli və "Uniformal" rok qrupu) adı çəkiləcək.

Qeyd edək ki, ölkəmizin müsabiqəyə hazırlığı istiqamətində Ukrayna, Estoniya və İsveç mütəxəssisləri çalışırlar.

Xəbər lenti

Xəbər lenti