...

"Maşın. Dəhşət" realiti şousunu keçən gün üç nəfər tərk etdi

Cəmiyyət Materials 26 Yanvar 2008 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar /müx. TrendLife Süleyman Vəliyev/

Dünən "Maşın. Dəhşət" realiti şousunu üç nəfər tərk etdi. Daha dəqiq desək, iki nəfər -- Aslan Kərimov və Cavid Hüseyn könüllü olaraq layihədən uzaqlaşdılar. Digər iştirakçını-Cavanşir Babəlioğlunu isə, "şeronçu" Rüstəm Zeynallı oyundan çıxartdı. Bu və digər anlar haqqında layihənin keçmiş üzvləri TrendLife-a danışdılar.

Cavid Hüseyn: "Mən dürüst oyun istəyirdim. Lakin dünənki şouda Rəhim Rəhimlinin başçılığı ilə qruplaşmalar yaranmışdı. Yaranmış qruplaşma üzvləri başa düşdülər ki, mən güclü rəqibəm. Onlar, nə yolla olursa-olsun, məni layihədən uzaqlaşdırmağa çalışırdılar. Mən də bunu bilən kimi könüllü olaraq, layihəni tərk etdim. Çirkab bataqlıqda yaltaqlarla boğulmaqdansa, oranı tərk etmək daha yaxşıdır".

Cavanşir Babəlioğlu: "Düşünürəm ki, mənim də şansım vardı ki, layihədən kimisə uzaqlaşdırım. Lakin mən bunu etməmişdim. Oyundan bir neçə dəqiqə əvvəl Rüstəmlə söhbətimiz oldu ki, bir-birimizi çıxartamaycağıq. Sözünü tutmadı, nə deyə bilərəm? Mənim üçün belə bir insan artıq yoxdur. Şokda olduğumdan, digər iştirakçılarla da sağollaşa bilmədim. Amma layihədə Brilyant Dadaşova, Hüseyn Cavid, Nigar Talıbova və.s kimi dostlar qazandım".

Aslana isə, nə qədər zəng vurduqsa, danışa bilmədik.

Xəbər lenti

Xəbər lenti