...

Bir kinoteatrla "Şərq-Qərb" festivalını açmaq mümkün deyil

Cəmiyyət Materials 30 Yanvar 2008 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /müx. TrendLife Eldar Hüseynzadə/

Artıq məlumdur ki, "Şərq-Qərb" festivalı iyun ayında keçiriləcək. Bu haqda TrendLife-a məlumat verən Kinomatoqrafçılar İttifaqının katibi Abbas Əliyev bunları söylədi: "Festivalın ayın 1-dən 8-nə kimi keçirilməsi ehtimal olunur. Lakin festival keçirilən zaman bəzi problemlər ortaya çıxır. Bu problemlərdən biri də kinoteatrların olmamasıdır. Hazırda tək "Azərbaycan" kinoteatrı fəaliyyət göstərir. "Nizami" və digər kinoteatrlar təmirə bağlanıb. Bir kinoteatrla "Şərq-Qərb" festivalını açmaq mümkün deyil".

Xəbər lenti

Xəbər lenti