...

Röya rəqqas seçmək üçün Türkiyəyə gedəcək-prodüser Mr.Tolik

Cəmiyyət Materials 5 Fevral 2008 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral /müx. TrendLife Şahin Cavadsoy

Fevalın 28-i, Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Mən sizə göstərərəm" adlı solo konserti ilə tamaşaçılarının görüşünə gəlməyə hazırlaşan müğənni Röya Ayxan, bu günlərdə media mənsubları ilə görüşmək niyyətini təxirə salıb. Bu barədə TrendLife -a konsertin təşkilatçısı Mister Tolik özü danışıb: "Bu o demək deyil ki, Röya xanım jurnalistlərin suallarını cavabsız qoyacaq. Eksklüziv olaraq sizə bildirirəm ki, möhtəşəm layihəyə qol qoyan Röya xanım yaxın günlərdə Türkiyəyə yola düşəcək. Biz həmin konsertdə rəqs etmək üçün Türkiyənin məşhur "Anadolu atəşi" qrupundan bəzi rəqqaslar cəlb etmək fikrindəyik. 23 gün sonra beş qız, beş oğlan rəqqasın müşayiəti ilə pərəstişkarlarına "Mən sizə göstərərəm" şüarı ilə səslənəcək Röya Ayxanın adından söyləyə bilərəm ki, o, səhnədə qeyri-adi performans da göstərəcək".

Mr.Tolik mətbuat konfransının keçiriləcəyi tarixi dəqiq söyləməsə də, bildirdi ki, müğənni rəqqas seçimini edəndən sonra, konsert ərəfəsində, KİV nümayəndələrilə də mütləq görüşəcək.

Xəbər lenti

Xəbər lenti