...

Həftənin sonu Xalq artisti Fərhad Bədəlbəyli xəstəxanadan çıxacaq

Cəmiyyət Materials 7 Fevral 2008 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral /müx. TrendLife Vüqar İmanov/

Dünən saat 21:00-da Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli insult diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya aparılıb. Ağır vəziyyətdə klinikaya çatdırılan musiqiçini Əli Ələkbərov əməliyyata götürüb. Hazırda Fərhad Bədəlbəyli klinikanın reanimasiya şöbəsindədir. Stasionar şöbənin rəhbəri Elxan Hacıyevin TrendLife-a verdiyi məlmata görə, xəstə yarım saatdan sonra palataya köçürüləcək. "Əməliyyat uğurla keçib. Bədəlbəyli artıq ayılıb. Təqribən həftənin sonuna kimi klinikada müalicə kursu keçdikdən sonra xəstə evə buraxılacaq".

Xəbər lenti

Xəbər lenti