...

Azərbaycanda paralimpiya hərəkatı tarixi "Pekin-2008" müzeyində əks olunub

Cəmiyyət Materials 14 Fevral 2008 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral / Trend , müxbir Z.Səfərov / Ötən Oyunlarda iştirak edən Azərbaycanın paralimpiyaçılarının şəkilləri "Pekin-2008" muzeyindənümayiş olunur. Muzeyin rəsmi açılış mərasimi Çinin paytaxtında təşkil olunub.

Ölkənin Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, muzeyin digər bir bölümü keçən Oyunların iştirakçıları və mükafatçılarına həsr edilib, onların arasında Azərbaycan idmançılarının uğurları da əks olunub. Bununla belə, qarşıdakı Paralimpiadaya həsr olunan eksponatlar, həmçinin, Çinin mədəniyyəti və tarixi, bu ölkənin adətləri, iqtisadiyyatı, Çin həyatının bir çox aspektləri və onun Olimpiya hərəkatına töhfələrindən xəbər verir.

Azərbaycan parpalimpiyaçılarının qarşıdakı Oyunlar-2008-də bir neçə medal qazanmaq şansı var.

Xəbər lenti

Xəbər lenti