...

Bizi bir-birimizdən kimsə ayıra bilməz – Mehrim və Cavanşir cütlüyü

Cəmiyyət Materials 16 Fevral 2008 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral /müx. TrendLife Safura/

Milli şou-dünyasında duet kimi fəaliyyət göstərən müğənnilərin arasından tez-tez qara pişik keçir. Bu dəfə söz-söhbətin əsas qəhrəmanları müğənni Mehrim və jurnalist Cavanşir Babəlioğludur. Lakin yeni yaranmış cütlük ünvanlarına səsləndirilən bütün iradları birmənalı olaraq TrendLife-la söhbətdə rədd etdilər:

Mehrim: - Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, Cavanşirlə duet oxuduqdan sonra, gündəmdə sözün həqiqi mənasında bomba partladı. Əgər duetimiz pis alınsaydı, heç haqqımızda danışan da olmazdı. "Dostlarımıza" müraciət edib söyləyirəm ki, əzizlərim bizi bir-birimizdən kimsə ayıra bilməz. Mənim iki qardaşım var. Amma indi elə bilirəm ki, üç qardaşım var. Cavanşirlə bizi təkcə duet oxuduğumuz mahnı birləşdirmir. Onunla demək olar ki, hər gün görüşürük. Yediyimiz tikəni də bölürük.

Cavanşir: - Mehrim xanımın bu sözlərinə mən də şərikəm. Belə bir bacımın olması məni də çox sevindirir. Qoy gecəsini-gündüzünə qatıb səhərə kimi intertet forumlarında yazan paxıl insanlar bilsinlər ki, onların acığına biz daha sıx yaradıcılıq əlaqələri quracağıq. Yəni Mehrim-Cavanşir cütlüyü yeni layihə üzərində işləyir. Yüz faiz bilirəm ki, bizim yeni duetimiz də şou-dünyasında bomba kimi partlayacaq. Dostlarımız sevinsin, düşmənlərimiz partlasın.

Xəbər lenti

Xəbər lenti