...

Zülfiyyə Xanbabayeva səhnəyə qayıtmağa tələsmir

Cəmiyyət Materials 19 Fevral 2008 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral /müx. TrendLife Günel Əhmədova/

Ötən il noyabrın əvvəllərində ana olan əməkdar artist Zülfiyyə Xanbabayevanın səhnəyə qayıdışı səbirsizliklə gözlənilir. Lakin müğənni sükutu qorumaqda davam edir. 4 aylıq Dəniz qızının qayğları ilə məşğul olan Zülfiyə xanımın övladını sənətindən daha üstün tutduğu göz önündədir. Onun yenidən sənətə qayıdışı isə fanatları kimi KİV nümayəndələrini də maraqlandırır. Nəzər yetirsək, görərik ki, son 4 ayda nə tele-məkanda, nə də mətbuatda müğənniyə istinad müsahibələr yer almayıb.

Müğənninin prodüseri Nigar Hacızadənin TrendLife-a bildirdiyinə görə, Zülfiyyə xanım özü bu qənaətə gəlib ki, bir müddət övladının qayğısı ilə məşğul olsun. Onun səhnəyə nə vaxt çıxacağı öz istəyindən asılıdır. Hazırda isə onun belə bir planı yoxdur.

Xəbər lenti

Xəbər lenti