...

Gürcüstan azərbaycanlılarının Konqresi parlament seçkilərində namizədlər irəli sürməyəcək – həmtəsisçi

Cəmiyyət Materials 1 Mart 2008 11:53 (UTC +04:00)
Gürcüstan azərbaycanlılarının Konqresi parlament seçkilərində namizədlər irəli sürməyəcək – həmtəsisçi

Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir C.Babayeva/ Mart ayında təsis qurultayı keçiriləcək Gürcüstan azərbaycanlılarının Konqresi (GAK) parlament seçkilərində namizədlər irləi sürməyəcək. Bu barədə şənbə günü Trend -a GAK-ın həmtəsisçisi, "Gürcüstan mənim vətənimdir" İctimai Birliyinin sədri Əli Babayev məlumat verib.

Gürcüstanda parlament seçkiləri 2008-ci ilin mayında keçiriləcək.

Babayevin sözlərinə görə, GAK siyasi təşkilat olmayacaq. "Konqresin həmtəsiçiləri olan Gürcüstan azərbaycanlılarının QHT-ləri soydaşlarımızın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onların maraqlarını müdafiə etmək və onların Gürcüstan cəmiyyətinə inteqrasiyasına nail olmağa çalışırlar",- deyə Babayev bildirib.

Həmtəsisçinin sözlərinə görə, azərbaycanlıların maraqlarını müdafiə etmək niyyətində olan, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər hansı bir namizədin seçkiöncəsi proqramı Konqres üçün məqbul olsa, onu dəstəkləyə bilər.

Babayevin sözlərinə görə, Gürcüstan azərbaycanlılarının problemlərinin həllində maraqlı olan istənilən QHT Konqresin üzvü ola bilər.

Xəbər lenti

Xəbər lenti