...

Müğənni Xatun: "Mən hədiyyə verməyi xoşlayıram"

Cəmiyyət Materials 7 Mart 2008 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Sabah 8 mart Beynəlxalq Qadınlar Günüdür. Belə bir gündə hər bir xanım ona ən yaxın adamlardan hədiyyə gözləyir. Müğənni Xatunu da 8 martda təbrik edəcək adamlar var. O, bayram təəssüratlarını TrendLife-la bölüşüb: "8 martda məni ,əsasən, qardaşım və oğlum təbrik edir. Qardaşım Balaş mənə nə isə alıb. Amma onun hədiyyəsini nə olduğunu hələ bilmirəm, yəni mənə sürpriz hazırlayıb. Balaş keçən ilki bayram günündə mənə bir dəstə gül və qızıl qolbaq almışdı. Yəqin ki, bu il də bağışlayacağı hədiyyə ürəyimcə olacaq. O ki qaldı oğluma, onun çox gözəl əl qabiliyyəti var. Özünəməxsus açıqcalar düzəldib. O, 8 martda təkcə məni deyil, nənəsini də təbrik edəcək. Sizə bir söz deyim ki, mən daha çox hədiyyə verməyi xoşlayıram. Ən yaxın dostum, sirdaşım olan anamı və ən yaxın rəfiqəmi təbrik edəcəyəm".

Bəs görəsən, həmişə kliplərdə bacısının tərəf- müqabili olan Balaş yaxınlarına nə hədiyyə edəcək?-sualına stilist Balaş belə cavab verdi:

" Əvvəlcə bu gün mənə həyat verən insanı, yəni anamı, daha sonra bacım Xatunu təbrik edəcəm. Anama gözəl don, bacıma isə ən çox sevdiyi ətiri və qızıl qolbaq alacam. Qızıl qolbaq onun ən çox sevdiyi hədiyyədir.O ki qaldı işdəki xanım həmkarlarıma, mən onları yox, əksinə, onlar mənə hədiyyə təqdim edəcəklər".

Xəbər lenti

Xəbər lenti