...

Çingiz Abdullayev yeni əsər üzərində çalışır

Cəmiyyət Materials 14 Mart 2008 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /müx. " Günel Əhmədova/

Çingiz Abdullayevin növbəti əsərinin qəhrəmanı yenə Dronqo olacaq. Dedektiv janrında olacaq yeni əsər psixoloji hadisələrlə zəngindir. Ən maraqlı hadisələr Bakının küçələrində cərəyan edir. Yazıçının TrendLife-a bildirdiyinə görə, onun yeni əsərləri yaxın aylarda reallaşacaq İngiltərə, Türkiyə və Fransa səfərləri zamanı müzakirə ediləcək. Eyni zamanda, səfər zamanı ədibin yeni nəşrlərinin təqdimatı da nəzərdə tutulub. Söhbət əsnasında onu da öyrəndik ki, Ç.Abdullayev əsərlərindən birinin ekran ssenarisi üzərində işləyir. Dövlət sifarişi ilə çəkiləcək film Azərbaycan və Rusiyanın birgə istehsalı olacaq.

Xəbər lenti

Xəbər lenti