...

Gərək Natəvan "N:1" layihəsinə getməyəydi – bəstəkar Vaqif Gərayzadə

Cəmiyyət Materials 14 Mart 2008 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /müx. TrendLife Şahin Cavadsoy/

Bu axşam "ATV" də tamaşaçıların cibinə ziyan vuran "N:1" layihəsinin növbəti dueli olacaq. Xəyyam Nisanovla Zamiqin üz-üzə gələcəyi döyüş meydanında, çox güman ki, tamaşaçılar yenə minlərlə SMS-lərindən keçməli olacaqlar. Ancaq bu xəbərimizin layihə ilə heç bir bağlılığı yoxdur. Söhbət acı bağırsaq kimi uzanan iki sənətçi - Əməkdar artist Aygün Kazımova ilə Natəvan Həbibi arasında davam edən soyuq müharibədən gedir. Bu dəfə onların ikisinin də müəllimi olmuş bəstəkar Vaqif Gərayzadə danışdı: "Gərək Natəvan "N:1" layihəsinə getməyəydi. Onlar arasında soyuqluğun bitməməsi məni çox narahat edir. Olanlara əlavə şərh vermək istəmirəm. Çünki, həm Aygün, həm də Natəvan məni özlərinə müəllim bilirlər".

Xəbər lenti

Xəbər lenti