...

Azərbaycanda futbolun inkişafı üçün tamaşaçılar və azarkeşlər futbol stadiona gəlməlidir – AFFA-nın yeni seçilmiş prezidenti

Cəmiyyət Materials 18 Mart 2008 02:24 (UTC +04:00)
Azərbaycanda futbolun inkişafı üçün tamaşaçılar və azarkeşlər futbol stadiona gəlməlidir – AFFA-nın yeni seçilmiş prezidenti

Azərbaycan, Bakı, 18 mart / Trend / Azərbaycanda futbolun kompleks şəkildə inkişafı üçün tamaşaçılar və azarkeşlər futbol meydançalarına gəlməlidirlər. Trend -un AzTV telekanalına istinadən verdiyi məlumata əsasən, bu barədə Azərbaycan Futbol Federasiyası Assosiasiyasının yeni seçilmiş prezidenti (AFFA), Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.

AFFA prezidentinin fikirinə görə, tamaşaçısız yaxşı oyun göstərmək olmur, futbolçuların yaxşı oyun göstərməsi üçün isə tamaşaçıların və azarkeşlərin olması lazımdır. Onlar bir biri ilə sıx bağlıdılar. "Biz futbola getməliyik və onu sevməliyik", - deyə o qeyd etdi.

"İlk öncə, mən, AFFA-nın prezidenti kimi, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş futbolun 2005 - 2015-ci illərdə inkişafı proqramının həyata keçirilməsindən başlamaq istəyirəm. Bunun üçün çox iş görmək lazımdır. Birinci növbədə, uşaq idmanını inkişaf etdirmək, ölkənin rayonları arasında yarışlar keçirmək, klublar və milli yığma səviyyəsində tərəqqiyə nail olmaqdır", - deyə R.Abdullayev bildirdi.

"Sadaladıqlarıma nail olmaq üçün, ölkədə futbol infrastrukturunun yaradılması gərəkdir - idman meydançalarının, məşq üçün futbol meydançalarının və stadionların. Lakin, sponsorların köməyi olmasa, futbol infrastrukturunun yaradılması çox çətin olar. Ona görə, biz iş adamlarını futbola, ayrıca bir kommersiya sahəsi kimi, dəvət etməliyik. Avropa ölkələrində edildiyi kimi", - qeyd etdi o.

Azərbaycan futboluna sərmayyə qoymaq istəyən sponsorlar vergilərdən azad olunacaqlar mı, sualına, AFFA-nın prezidenti cavab olaraq bildirdi ki, biz bu məsələni hökümət qarşısında qaldırmaq niyyətindəyik.

Oxşar təcrübə qonşu Türkiyədə tədbiq olunub və futbolun inkişafına müsbət təsir etmişdir.

Bu ölkədə futbol vergilərdən azaddır.

Xəbər lenti

Xəbər lenti