...

AŞPA həmməruzəçiləri Bakıya səfərdən sonra Azərbaycan üzrə hesabat hazırlayacaqlar

Cəmiyyət Materials 18 Mart 2008 20:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart/ Trend , müxbir K.Ramazanova/ AŞPA həmməruzəçiləri mayda Bakıya ikinci səfərlərindən sonra Azərbaycandakı vəziyyət haqqında hesabat hazırlayacaqlar. Bu barədə AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Ander Herkel çərşənbə axşamı Strasburqdan telefonla Trend -a məlumat verib.

"Bizim məruzəmizin necə olacağı ölkənin inkişafından asılıdır",- o bildirib.

Onun sözlərinə görə, Azərbaycanda siyasi məhbuslarla bağlı irəliləyiş yoxdur.

Bundan əlavə, o bildirib ki, jurnalistlərin həbsdə olması söz azadlığı üçün təhlükə yaradır.

Monitorinq Komitəsinin iclası martın 18-də Parisdə keçirilib. Azərbaycanı iclasda AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təmsil edib.

2001-ci il yanvarın 7-də Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olub və öz üzərinə ödhəliklər götürüb. Ölkə hələ də AŞ-ın monitorinqi altındadır. Öhdəliklərin yerinə yetirilməsi üzrə nəzarəti AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova həyata keçirirlər.

Xəbər lenti

Xəbər lenti