...

Azərbaycan hökuməti ilə mətbuat arasında dialoq yaranmalıdır-səfir

Cəmiyyət Materials 28 Mart 2008 16:40 (UTC +04:00)
Azərbaycan hökuməti ilə mətbuat arasında dialoq yaranmalıdır-səfir

Azərbaycan, Bakı, 28 mart / Trend , müxbir K.Ramazanova/ Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri hesab edir ki, Azərbaycanda ədalətli mətbuat mühitinin yaranması üçün hökumət ilə mətbuat arasında dialoq yaradılmalıdır. "Azərbaycanda müstəqil və müxalifətyönlü jurnalistlərin hücumuna son qoyulmalıdır və hökumət vətəndaş cəmiyyəti, mətbuatın özü ilə dialoq aparmalıdır" cümə günü ABŞ-ın Azərbaycandakı səfir Enn Dörsi həbsdə olan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin ailəsi ilə görüşündə bildirib.

Azərbaycanda 3 jurnalist- "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, həmi qəzetin əməkdaşı Mirzə Sakit və "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev həbs edilib.

Səfir deyib ki, demokratiyanin bərqərar olması üçün müstəqil mətbuat olmalıdır. Onun sözlərinə görə, demokratik cəmiyyətdə jurnalistlərə qarşı təqib-təzyiq qəbul edilməzdir. Səfir hesab edir ki, həbsdə olan jurnalistlərin aclıq aksiyasına başlaması ilə məsələni həll etmək mümkün deyil. "Problemin həlli üçün hökumətin vətəndaş cəmiyyəti və mətbuatla dialoqu vacibdir. Azərbaycanda güclü demokratiyanı görmək istəyənləri dəstəkləyirik, cünki bu, Azərbaycanın gələcəyi üçün vacib məsələdir. Bu halda Azərbaycan ABŞ üçün daha yaxşı partnyor ola bilər" Dörsi əlavə edib.

Bu gündən Zahid və Fətullayev aclıq aksiyasına başlayıb.

Görüşdə "Azadlıq" qəzetinin direktoru Azər Əhmədov bildirib ki, aprelin 5-dən həbsdə olan jurnalistlərlə yanaşı, siyası məhbuslar da aclıq aksiyasına qoşulacaqlar.

Xəbər lenti

Xəbər lenti