...

Azərbaycanın sərbəst güləşçisi Çamsulvara Çamsulvarayev AÇ-ın bürünc medalına iddialıdır

Cəmiyyət Materials 2 Aprel 2008 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , Z.Səfərov/ Azərbaycanın sərbəst güləşçisi Çamsulvara Çamsulvarayev ( 74 kq) Tamperdə keçirilən Avropa Çempionatında bürünc medal üzrə mübarizəyə qoşulub.

Turniri türkiyəli Əhməd Gülhan üzərində qələbə ilə başlayan milli pəhləvan alman Andre Şikanı məğlub edib. Lakin yarımfinalda Çamsulvarayevin yolunu Rusiyalı güləşçi Mahaç Murtuzəliyev kəsib, lakin təsəlliedici görüşün uğurlu keçməsi təqdirində idmançının üçüncü olmaq şansı var.

Yeri gəlmişkən, iki Azərbaycan "sərbəstçi" yarışmanın ikinci günü mükafat uğrunda mübarizəni dayandırıb. Hetaq Qazyumov ( 96 kq) dörddəbir finalda rusiyalı Hacımurad Qasalova uduzub, Allahverdi Vəliyev ( 60 kq) isə, ilk görüşdə britaniyalı Viorel Ettikoya məğlub olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend @trend.az

Xəbər lenti

Xəbər lenti