...

"N Brothers" Yaşıl Teatrda oxuyacaq

Cəmiyyət Materials 9 Aprel 2008 16:57 (UTC +04:00)

Azərbaycan,Bakı, 09 aprel/ müx. Trend Life Günel Əhmədova/

"N brothers" qrupunun rəhbəri Namiq Qafarov TrendLife-a yayın ilk günlərində konsert proqramı ilə çıxış edəcəklərini söylədi. Musiqili proram Yaşıl Teatrda təqdim olunacaq. Hazırda danışıqlar aparılır və konsertin tarixi müəyyən edilir.

Qrup rəhbərinin söhbətindən bu da bəlli oldu i, repertuara 5, yaxud 6 yeni mahnı daxil ediməsi planlaşdırılır. Bu istiqamətdə bir neçə mahnı müəllifi ilə çalışan qrupun təmsilçiləri onlardan ən yaxşılarını seçərək konsertin proqramına daxil edəcəklər.

Lakin Namiq Qafarov konsert üçün vacib olan məsələlərdən birinin həllinə nail ola bilməyib. Sponsora ehtiyac olduğunu bildirən qrup rəhbərinin əlavəsinə görə, sponsor olmasa, musiqili layihənin bütün ağırlığını özü çəkməli olacaq." "Can" qrupunun konsertə qonaq kimi iştirak edəcəyrini söyləyən həmsöhbətim onlarla yarım saalıq çıxışın nəzərdə tutulduğunu bildirdi:

"Onu da əlavə edim ki, konsert üçün 4 libas tikilir. Rəqs nömrələri də planlaşdırılıb. Proqram bəlli olduqdan sonra uşaqlar məşqlərə başlayacaqlar".

Xəbər lenti

Xəbər lenti