...

Azərbaycanlı əsir erməni əsirliyindən azad olunub

Cəmiyyət Materials 23 Aprel 2008 14:05 (UTC +04:00)

Azərbaycan, Qazax, 23 aprel / Trend , müxbir N. Fətullayeva/ Ermənistanda əsirlikdə olan Azərbaycan Milli Ordusunun əsgəri Yaqub Muxtarov çərşənbə günü əsirlikdən azad olunub.

Qazax rayon Balacəfərli kənd icra nümayəndəliyindən verilən məlumata görə, əsir rayon istiqamətində, saat 14.00 radələrində BQXK-nin nümayəndələrinin iştirakı ilə Azərbaycana təhvil verilib.

Yaqub Allahverdi oğlu Muxtarov martın 9-da Tovuz istiqamətində əsir düşüb. Muxtarov 1988-ci il aprelin 29-da Şəki şəhərində anadan olub.

Ermənilər aprelin 11-də isə Qobustan rayonunun Xilmilli kəndindən hərbi xidmətə çağırılmış 19 yaşlı Vüsal Hümbətovu Ağdam istiqamətində əsir götürüblər.

Azərbaycan Ombudsmanı erməni əsirliyində olan azərbaycanlıların qaytarılması və onlara işgəncə verilməməsi xahişi ilə BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbərliyinə müraciət edib.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti