...

"Neftçi"nin çempionluq şansı azalıb – klubun vitse-prezidenti

Cəmiyyət Materials 24 Aprel 2008 13:49 (UTC +04:00)
"Neftçi"nin çempionluq şansı azalıb – klubun vitse-prezidenti

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının liderlərindən olan "Neftçi" klubunun vitse-prezidenti Ramin Musayev ölkə kubokunun yarımfinalında "İnter"lə oyunlarını idarə edən alman hakim Babak Rafatinin obyektiv olmadığını iddia edir. "İnter"lə oyunda "Neftçi"nin 2:0 hesabıyla qələbə qazanacağını gözləyirdim. Amma hakim oyunu heç də obyektiv idarə etmədi. Alman referi "İnter"in oyunçusu Elvin Məmmədovu futbolçumuz Ramal Hüseynova qarşı kobud oynadığı üçün iki dəfə cəzalandırmalı olsa da, bunu etmədi", cümə axşamı Trend a Musayev deyib.

Musayev 2004-cü ildən "Neftçi"də vitse-prezident vəzifəsində çalışır.

Azərbaycanın futbol üzrə ölkə kubokunun yarımfinalında "Xəzər-Lənkəran" - "Qəbələ", "Neftçi" - "İnter" cütləri qarşılaşırdı. Aprelin 23-də keçirilən oyunlardan sonra finalda "Xəzər-Lənkəran"la "İnter"in görüşəcəyi məlum olub. Oyun mayın 28-də keçiriləcək.

Vitse-prezidentin dediyinə görə, "Neftçi"nin çempionluq şansı da çox azdır. "Belə hakimliklə çətin ki, çempion olaq. Artıq futbolçularımız da ruhdan düşür" - Musayev əlavə edib.

Hazırda Premyer-Liqanın lideri "Olimpik" klubudur. "Neftçi" "Olimpik"dən 6 xal geri qalmaqla 2-ci pillədə yer alır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti