...

Qrossmeyster Vüqar Həşimov FİDE Qran-Prisində lider mövqeyinə çıxıb

Cəmiyyət Materials 29 Aprel 2008 04:33 (UTC +04:00)
Qrossmeyster Vüqar Həşimov FİDE Qran-Prisində lider mövqeyinə çıxıb

Azərbaycan, Bakı, 29 aprel / Trend müxbir Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Vüqar Həşimov Bakıdan keçirilən FİDE Qran-Prisinin birinci mərhələsinin lideri olub.

Trend in verdiyi xəbərə görə, ağ fiqurlarla Dünya Kubokunun hazırkı sahibi Qata Kamskini məğlub edən Vüqar 4,5 xal yığıb. Eyni göstəriciyə öz aralarında heç-heçə edən Aleksandr Qrihuk aə Van Yue malikdir. Onların hər ikisi turnir cədvəlinin yuxarı pilləsində möhkəmləniblər. Qata Kamski ilə norveçli vunderkind Maqnus Karlsen isə onlardan 0,5 xal geridə qalırlar.

Vüqara gəldikdə isə o növbəti turda çətinliklə üzləşə bilər. Belə ki, qrossmeyster yığma üzrə həmkarı Teymur Rəcəbovla üzü-zə gələcək. Rəcəbov yeddinci turda Karlsena məğlub olub.

Məqalənin müəllifi ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar: trend @trend.az

Xəbər lenti

Xəbər lenti