...

AFFA "Bakı" və "Qarabağ" klublarına lisenziya vermədi

Cəmiyyət Materials 30 Aprel 2008 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının (AFFA) Lisenziyalaşdırma Komissiyası "Bakı" və "Qarabağ" futbol klublarına lisenziya verməyib. "Lisenziya hazırkı futbol mövsümünə görə verilir. İlk növbədə Avropanın klub yarışlarına vəsiqə qazanmaq şansı olan komandalar lizensiyalarla təmin olunur. "Bakı"nın avrokubok yarışlarına yollanmaq şansı çox azdır. Ona görə də Lizensiyalaşdırma Komissiyası bəzi nöqsanlarımızı nəzərə alıb bizə lisenziya vermədi", cərşənbə günü Trend a "Bakı"nın icraçı direktoru Yaşar Seyidov deyib.

2008/09 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün Lisenziyalaşdırma Komissiyasına Azərbaycan Premyer-Liqasında çıxış edən 8 klub müraciət etmişdi. "Karvan" bu prosesi keçməkdən imtina etiyi üçün sonradan klubların sayı 7-yə enmişdi.

Komissiya "Neftçi", "İnter", "Xəzər-Lənkəran", "Olimpik" və "Simurq"a lisenziya verilməsi barədə qərar çıxarıb. Bu komandalardan "Simurq"un avrokuboklara yollanmaq şansı çox azdır.

"Qarabağ"ın baş direktoru Əmrah Çəlikəlin dediyinə görə, Lisenziyalaşdırma Komissiyasının qərarından xəbəri yoxdur. "Biz bu məsələni araşdırıb "Qarabağ"a hansı səbəblərə görə lisenziya verilmədiyini öyrənəcəyik" - Çəlikəl əlavə edib.

"Bakı" kimi "Qarabağ" klubunun da Avropa klub yarışlarına vəsiqə qazanmaq şansı çox aşağıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti