...

Qohum-tanışdan çox, tamaşaçılardan səs istəyin – "Gülüş ulduzu"nun münsifi xalq artisti Afaq Bəşirqızı

Cəmiyyət Materials 30 Aprel 2008 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Dünən "Şah production"la, "Xəzər TV"nin birgə layihəsi olan "Gülüş Ulduzu" müsabiqəsinin növbəti həftəsi başladı. Canlı yayımda, 14 iştirakçı üç saat ərzində istedadlarının nəyə qadir olduğunu nümayiş etdirmək üçün var gücləri ilə çalışdılar. Göstərdikləri səhnəciklərə isə münsiflər heyəti qiymət verirdi. Xalq artist Afaq Bəşirqızı, "Bakılı oğlanlar" komandasından tanınan aktyor Vado Karovin və xalq artisti Rafael Dadaşovdan ibarət olan üçlük böyük səbrlə hər bir iştirakçıya qulaq asırdılar.

Sponsorlara edilən təşəkkürdən sonra aparıcılar Əkbər Əlizadə və Sima Qasımova birinci çıxış etmək üçün səhnəyə iştirakçı İslam Mehrəliyevi dəvət etdilər. "Ulduz olmaq istəyənlərin nəzərinə" adlı monoloqla çıxış edən İslamdan sonra, Rövşən Təhməzov səhnədə "necə tanış olmaq olar" sualına cavab axtarmağa çalışdı. Mehdi Səfanın "yalnız Azərbaycanda" və Elşad Yusubovun "ditdili" monoloqları da tamaşaçılar tərəfindən normal qarşılandı. Bundan sonra digər iştirakçılar - Faiq Hüseynov, Faiq Ağamalıyev, Səbuhi Bayramov, Seymur Vəliyev, Elmir Nəsirov, Ramin Abdullayev, Könül Nəcəfova, Amil Əliyev, Rəşid Orucov, İsmayıl Həmidov ardıcıllıqla öz monololarını ifa etdilər. "Gözləmə otağı"ndan səhnəyə gələrkən "Gülüş ulduzu"adına iddialı olan gənclərin ailə üzvlərindən, qohum - tanışlarından SMS göndərmək xahişlərinə qulaq asan Afaq xanım, dözməyib sərt açıqlama ilə çıxış etdi: "Qohum-tanışdan çox, tamaşaçılardan səs istəyin. Unutmayın ki, içərinizdən bir neçə iştirakçı Azərbaycan Teatrınına xidmət edəcək aktyorlar olacaq".

Saat 00.15-də aparıcılar iştirakçıların adlarına açılan nömrələrə gəlmiş səslərin nəticəsini açıqladılar. Yarışmanın yeganə xanım iştirakçısı olan Könül Nəcəfova həftənin birincisi olmaq şansı qazansa da, dörd iştirakçı "gözləmə otağı"ndan özlərini xilas edə bilmədilər. Bu məhz bu dörd iştirakçının taleyi həll olunacaq. Qeyd edək ki, şərtlərə uyğun olaraq bir ay ərzində hər həftə iki iştirakçı müsabiqəni tərk edəcək. Yəni bu gün göndərəcəyiniz hər bir səs çox həlledici rola malikdir. Ona görə də sona qalan dörd iştirakçının SMS nömrələrini təkrarən yazırıq ki, onlardan öz dəstəklərini əsirgəməyəsiniz:

Yusubov Elşad - 103

Həmidov İsmayıl - 104

Mehrəliyev İslam - 112

Abdullayev Ramin - 113

Monoloqlarını bəyəndiyiniz iştirakçıların adları qarşısında yazılan rəqəmləri 82-70 (1 səs), 92-70 (10 səs) Azercell nömrələrinə göndərməklə onlara dəstək ola bilərsiniz.Türkiyədən bu yarışımanı izləyən tamaşaçılar da öz dəstəklərini göstərə bilərlər. Belə ki, qonşu dövlətin bütün mobil operatorlarından iştirakçıların SMS nömrələri qarşısına tr-yazıb 54 33-ə mesaj göndərməklə onlara səs vermək olar. Bir məlumatı da bildirək ki, bu iştirakçılardan bir nəfər tamaşaçıların, digəri isə münsiflərin verəcəyi səslərin hesabına "Gülüş ulduzu"nda öz iştirakını davam etdirə biləcəklər.

Xəbər lenti

Xəbər lenti