Azərbaycan, Bakı, 3 may /müx. TrendLife Safura/
Bəstəkar Cabbar Musayev artıq həyat yoldaşı Sevda Qasımovanın şerlərinə mahnılar bəstələcəyək. Bu haqda TrendLife-a məlumat verən bəstəkar, bu günkü günə qədər yoldaşının şairlik qabliyyətindən xəbərsiz olduğunu bildirib. "O qədər başım qarışıq olurdu ki, çox şeyə fikir vermirdim. O, çox istedadlı insandır və mən onu dəstəkləyirəm. Bu gündən sonra onun şerlərinə mahnılar yazacam".
Yeri gəlmişkən onun "Azərbaycan" mahnısının sözləri Sevda Qasımovaya aiddir. Bəstəkardan "nəyə görə yoldaşınız sizin soyadınızı daşımır" sualını verdikdə, "məncə şerləri öz soyadı ilə tanınsa daha yaxşıdır"-deyə cavab bildirdi.