...

Azərbaycan kikboksinqçiləri dünya çempionatında mübarizəyə başlayıb

Cəmiyyət Materials 7 May 2008 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın kikboksinq üzrə yığma komandası Cənubi Kiprin Limassol şəhərində keçirilən dünya çempionatına qatılıb. Bu barədə çərşənbə günü Trend a Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti Oqtay Mehdiyev məlumat verib.

Çərşənbə gündən etibarən azərbaycanlı idmançılar çempionatda mübarizəyə başlayacaqlar. Yarış mayın 12-dək davam edəcək.

Azərbaycan yığma komandası dünya çempionatına 20 idmançı ilə qatılıb.

Mehdiyev bildirib ki, mayın 16 -18-də gənclər və yeniyetmələr arasında kikboksinq üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Azərbaycan birinciliyinin oyunları Ağdamın Quzanlı kəndində yaxınlarda istifadəyə verilmiş Olimpiya kompleksində keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti