Rusiya, Moskva, 10 may, / Trend müxbir R.Ağayev / Heydər Əliyev - dahi şəxsiyyət, dahi siyasətçi və böyük dövlət miqiyaslı insandır. Biz hamımız bilir ki, dahi şəxsiyyəti itirdikdə bizlərlə və bizim ölkəmizlə nələr oldu. Əgər o, 1993-cü ildə Azərbaycanın hakimiyyətinə qayıtmasayidi, ümumiyyətlə bizim ölkənin suveren dövlət kimi taleyi bəlli olmazdı. Bu bəyanatla Azərbaycanın Rusiyada səfiri Polad Bülbüloğlu, azərbaycan xalqının ümumilli lideri Heydər Aliyevin 85 illik yubileyi münasibətilə H.Əliyev barelyefinin açılışı zamanı bildirmişdir.
Səfirin sözlərinə görə, Heydər Əliyev xatirəsini əbədiləşdirmək lazım oldu, hansı ki, 20 yanvar faciəsinin səhərisi günü Azərbaycanın Rusiyada nümayəndəliyinə gələrək sovet qoşunlarının Bakıya daxil edilməsini və orada dinc əhalinin qırmasını qanlı hadisə adlandırmışdır.
Heç kəs üçün sir deyil ki, 1990-cı ilin yanvarında Bakıya sovet qoşunları yürüdülmüşdür. Onda bizim hamımız Sovet İttifaqında yaşayırdıq və təsəvvür edə bilməzdik ki, ordu silahı öz xalqına qarşı yönəldə bilər. Və həmin günün səhərisi Heydər Əliyev hadisəyə siyasi qeymət verərək onu "qanlı hadisə adlandırmışdır", - deyə Polad Bülbüloğlu vurğuladı.
"Bunu edən insan totalitar sistemin bütün qüvvəsini bilirdi, o sitemə qarşı səs qaldırmağa cəsarət etdi. Atılmış addım qəhramanlıq tələb edirdi, çünki o zaman heç kəs ağlına gətirə bilməzdir ki, Sovet İttifaqı dağıla bilər. Lakin, Heydər Əliyev siyasətçi kimi başa düşdü ki, xalqına qarşı silah yönəldən ordu ömür sürə bilməz", - deyə səfir əlavə etdi.
Heydər Aliyevin barelyefi - 160x105 sm ölçüsündə. Sifarişçi qismində Azərbaycanın Rusiyada səfirliyi çıxış edib. Onun hazırlanmasında həmyerlimiz İskəndər Xəlilovun da dəstəyi olub. Barelyef, H,Əliyevin Azərbaycan Respublikasının Moskva nümayəndəliyində 21 yanvar 1990-cı ildə Bakıda 20 yanvar facitəsinə həsr edilmiş çıxışından götürülüb.