Azərbaycan, Bakı, 19 may / Trend , müxbir R.Ergün/ Azərbaycanlı gimnast Anna Qurbanova Belarusun paytaxtı Minsk şəhərində keçirilən gimnastika üzrə dünya kubokunda səkkizinci yeri tutub. Bu barədə Trend a bazar ertəsi Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətinin rəhbəri Şahin Kazımzadə məlumat verib.
Azərbaycanlı gimnast mayın 16-18-i aralığında keçirilən yarışda halqa ilə hərəkətlərdə 16,75 xal toplamaqla səkkizinci olub. Qurbanova çoxnövçülükdə 67,325 xal yığaraq doqquzuncu yeri tutub.
Gimnastika üzrə dünya kubokunun qalibi rusiyalı idmançı Olqa Kapranova olub. Ukraynalı Anna Bessonova ikinci, belaruslu İnna Jukova üçüncü yeri tutub.
Azərbaycan gimnastları mayın 23-dən 25-dək İsrailin Holon şəhərində təşkil olunacaq Qran-Pri yarışına qatılacaqlar. Bu yarışda Azərbaycanı Anna Qurbanova, Zeynəb Cavadlı, Dinarə Gimatova və qrup hərəkətləri üzrə yığma komanda təmsil edəcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]