...

Müğənni Elnarə yaradıcılıq işləri ilə məşğul olur

Cəmiyyət Materials 19 May 2008 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /müx. TrendLife Türkan İmaməliyeva

Müğənni Elnarənin səhnədən uzaqlaşması barədə söz söhbətlər səngimir. Deyilənə görə, sənətçi ailə qurduqdan bir müddət sonra yoldaşı Rövşən onun efirdə görünməsnə etirazını bildirib. Bu məlumatların nə dərəcədə düzgün olub, olmadığını öyrənmək üçün Elnarənin özü ilə əlaqə saxladıq. Sənətçi TrendLife-a ekskluziv açıqlamasında "Bu məlumatların haradan qaynaqlandığı mənim üçün çox maraqlıdır. Birincisi ona görə ki, deyilənlərin heç biri həqiqət deyil. Məsələ burasındadır ki, mən son dövrlər efirdə daha çox görünmüşəm. Məsələ burasındadır ki, mən görünmək, gündəm xatirinə kamera qarşısına çıxmıram. Verilişlərə isə həddindən artıq çox dəvət alıram. Sadəcə hər verilişə razılıq vermirəm. Harasa dəvət alanda da üç gün üç gecə fikirləşib qərar verirəm. Düzünü deyim ki, Rövşən mənə konkret və birmənalı şəkildə bir qadağa qoyub. Verilişlərə gedərkən danışmayım. Deyirki, a balam müğənni deyilsən? Mahnı oxu, qayıt gəl. Çalışıram ki, verilişlərdə çıxış etməyim. Hərdən olur ki, sözümü tuta bilmirəm. Keçən dəfə Kamranın verilişinə qatıldım. Əvvəlcədən də Kamrana xatırlatdım ki, mənə söz vermə. Ancaq son məqamda, dözmədim, danışdım. Efirdə sənətçilər biri birini təhqir edirlər, iradlarını çılpaq bildirirlər. Elə efirə çıxmaqdansa, görünməmək daha yaxşıdır. Düzdür, əvvəllər mən də maqazin verilişlərində kiminsə cavabını verirdim. Bu gün elə qalmaqallarda görünməyi özümə yaraşdırmıram. Birdəki, hər dövrün öz tələbatı var. Əbəttə ki, elə sənətçilər var ki, bu gün də ona belə qalmaqallar lazımdı. Ancaq bu taktika könəlib" söylədi.

Xəbər lenti

Xəbər lenti