...

AFFA "Xəzər-Lənkəran" klubunu cərimə edib

Cəmiyyət Materials 20 May 2008 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının iştirakçısı olan "Xəzər-Lənkəran" klubu Azərbaycan Futbol Federasiyaları Assosasiyası (AFFA) tərəfindən cərimə olunub. Bu barədə çərşənbə axşamı Trend -a AFFA-nın Nizam-İntizam Komitəsindən (NİK) məlumat verilib.

"Xəzər-Lənkəran" klubu sonuncu - 25-ci turda "Olimpik"lə Lənkəranda keçirdiyi oyunda azarkeşlərinin meydana kənar əşyalar atmasına görə iki min manat cərimə edilib.

"Xəzər-Lənkəran" - "Olimpik" oyunu 0:0 hesabı ilə nəticələnib. Oyunun birinci hissəsinin sonuna yaxın Lənkəran klubunun baş məşqçisi Ağasəlim Mircavadov meydana daxil olaraq, baş hakim Vüsal Əliyevə öz etirazlarını bildirib.

Hazırda Lənkəran komandası Premyer-Liqada 51 xalla dördüncü pillədədir.

Azərbaycan çempionatının və ölkə kubokunun sonuncu qalibi "Xəzər-Lənkəran" olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti