Azərbaycan, Bakı, 30 may/ Trend , müxbir M.Əliyev/ ABŞ Hərbi Akademiyasına ilk dəfə olaraq azərbaycanlı daxil olub. Hüseyn Pənahov bu nüfuzlu Amerika ali təhsil müəssisəsinə qəbul olunmuş ilk azərbaycanlıdır.
ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend -a bildiriblər ki, Pənahov dörd il ərzində Hərbi Akademiyada iqtisadiyyatı öyrənəcək.
ABŞ Hərbi Akademiyasının kampusu dünyada ən böyük kampuslardan biridir.
Akademiya (United States Military Academy) 1802-ci ildə təsis olunub. Bu ATM-ə qəbul əsasən, Konqres üzvlərinin tövsiyyəsi üzrə baş verir. Hazırda konqresmenlərdən hər biri və ABŞ prezidenti akademiyada beş yerə malikdirlər. Kadet tədrisinin başa çatması və ya hansısa digər səbəbdən onlardan biri boşaldıqda, konqresmen boşalmış yerə bir və ya bir neçə nəfəri tövsiyyə edir.
Bu gün təqribən 3 min azərbaycanlı xaricdə təhsil alır. Onlardan yalnız 700-ü dövlət hesabına oxuyur. Qalan tələbələrin təhsil haqqı ayrı-ayrı şəxslər, şirkətlər, beynəlxalq təşkilatların hesabına həyata keçirilir. Azərbaycan gənclərin təhsil coğrafiyası Türkiyə, Rusiya, Misir, Çin, Böyük Britaniya, Yaponiya, Koreya və ABŞ-ı əhatə edir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]