Azərbaycan, Bakı, 04 iyun /TrendLife müx. Eldar Hüseynzadə/
Deyəsən, "Bu şəhərdə" aktyorlarının-Rafael və Coşğunun birgə iştirakı ilə çəkiləcəyi filmin başlanmasına az qalıb. Prodüser Müşfiq Abbasovun TrendLife-a verdiyi məlumata görə, film "Ci-Mi" adlanacaq. Əsərin süjeti hind melodramını xatırladır. Filmdə onların anaları taksiyə minib, botanika bağına gedir. Elə ordaca sancıları tutur. Ananın iki əkiz övladı dünyaya gəlsə də, onların birini yəni, Rafaeli taksidə unudur. Nəticədə Coşğun anası ilə böyüyür, Rafael isə taksi sürücüsü olur. "Biz "Ci-Mi" filmini maliyyələşdirən adam tapmışıq. Çəklişlər Bakıda, Naxçıvanda, Gəncədə, Lənkəranda və digər yerlərdə aparılacaq. Əsas problem rejissorun olmamasıdır. Bilmirik ki, hansı rejissoru dəvət edək. Çox güman ki, Fuad Əlişova müraciət edəcəyik. Hər şey hazırdır. Pul da var, aktor da. Əlbəttəki, biz bu layihəni hansısa kipmeykerə etibar edə bilərdik, amma istəmirik ki, filmi korlayaq"-deyən M. Abbasov sözünü bitirib.