...

Azərbaycanın futbol klubu özünə yeni stadion tikir

Cəmiyyət Materials 4 İyun 2008 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubu yay transfer dövründə heyətinə on futbolçu cəlb edəcək. Bu barədə cərşənbə günü Trend -a "Bakı" klubunun baş meneceri Zeynal Məmmədov deyib.

"Bakı" artıq "Neftçi" klubunun moldovalı legioneri Vadim Boretslə ilkin razılığa gəlib. Ondan başqa, Xorvatiyadan olan qapıçı Marko Şarliyanın da növbəti futbol mövsümündə "Bakı"da çıxış edəcəyi dəqiqləşib.

Məmmədov bildirib ki, avqust ayında "Bakı" klubunun yeni stadionunun inşasına start veriləcək. "Qaraçuxur qəsəbəsində inşa etdirəcəyimiz baza və stadionun tikintisi iki ilə başa çatdırılacaq. Yeni stadionumuzda beş min nəfər futbol azarkeşi oyunları izləyə biləcək", - deyə baş menecer əlavə edib.

Klub rəsmisi bildirib ki, "Neftçi"dən ayrılan Ramazan Abbasov, Ramin Quliyev və Ramal Hüseynovun karyeralarını "Bakı"da davam etdirmək ehtimalı çox yüksəkdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti