...

Azərbaycanın otüstü hokkeyçilərinin Olimpiadaya vəsiqə qazanmaq şansı yaranıb

Cəmiyyət Materials 5 İyun 2008 14:49 (UTC +04:00)
Azərbaycanın otüstü hokkeyçilərinin Olimpiadaya vəsiqə qazanmaq şansı yaranıb

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən Olimpiada lisenziyalı turnirin qalibi olan İspaniyanın qadınlardan ibarət otüstü hokkey yığmasının nəticəsi ləğv oluna bilər. Bu barədə cümə axşamı İspaniya mətbuatı xəbər yayıb.

Trend -un arayışı: Bu ilin aprel ayının 12-dən 22-dək Bakıda keçirilən Olimpiadaya lisenziya xarakterli turnirin final oyununda Azərbaycanın qadınlardan ibarət otüstü hokkey üzrə yığma komandası İspaniya millisinə məğlub olub. Azərbaycan Otüstü Hokkey Federasiyası (AOHF) bu oyunu idarə edən hakimlərin işini və başqa bir neçə məsələni araşdırmaq xahişi ilə Beynəlxalq Otüstü Hokkey Federasiyasına müraciət edib.

Azərbyacan yığma komandası ilə oyunda dopinqdən istifadədə şübhəli bilinən İspaniya millisinin üzvlərinin qanından B nümunələri götürülüb. İyun ayının sonuna kimi həmin nümunələr yoxlanılacaq və Beynəlxalq Otüstü Hokkey Federasiyası son qərarını açıqlayacaq. İspanların dopinqdən istifadəsi təsdiqlənsə, Olimpiadaya lisenziya azərbaycanlı otüstü hokkeyçilərə verilə bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti