...

Biz öz vətəndaşlırımızın səyahətinə qadağa qoya bilmərik-Böyük Britaniyanın mədəniyyət naziri Marqaret Xoc

Cəmiyyət Materials 5 İyun 2008 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

"Biz öz vətəndaşlarımızın səyahətinə qadağa qoya bilmərik. Biz Azərbaycanın bütövlüyünü tanıyırıq və bütün rəsmi sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərini göstəririk. Səyahət etmək arzusunda olan Britaniyalı vətəndaşlar bunu çox gözəl bilirlər,-deyən Böyük Britaniyanın mədəniyyət və turizm naziri Marqaret Xoc söyləyib. Bu haqda TrendLife-a Mədəniyyət və turizm nazirliyinin mətbuat katibi İntiqam Hümbətov xəbər verib. M. Xoc tərəfindən deyilən bu sözlər nazirliyə göndərilən məktubda yazılıb. Xatırladaq ki, bu ilin martında İnternetdə işğal olunmuş ərazidə, Azıx mağarasında Böyük Britaniya və İspaniya arxeoloqları tərəfindən qazıntılar aparılır kimi xəbərlər yayılmışdı. Bununla əlaqədar Mədəniyyət və turizm nazirli Böyük Britaniyanın və İspaniyanın mədəniyyət və turizm nazirliyinə bu işlə əlaqədar rəsmi olaraq məktub göndərmiş, narahat olduqlarını bildirmişlər.

"Bizim arxeloqlarımızın orada qazıntılar aparması barədə informasiyamız yoxdur",-deyən M. Xoc məktubun sonunda bildirib.

Mədəniyyət və turizm nazirliyi hazırda bu məsələ ilə bağlı araşdırmalarını davam etdirir. .

Xəbər lenti

Xəbər lenti