...

Azərbaycan Milli Elmlər Akademiyası ilə MAQATE arasında iki layihənin həyata keçirilməsi üzrə razılıq əldə olunub (video)

Cəmiyyət Materials 11 İyun 2008 14:28 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası ilə MAQATE arasında iki layihənin həyata keçirilməsi üzrə razılıq əldə olunub (video)

Azərbaycan, Bakı, 11 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) arasında Azərbaycanda nüvə tədqiqat reaktorunun tikintisi üzrə iki layihənin həyata keçirilməsi haqda razılıq əldə olunub. "Bunlardan biri kompleks unversal qamma şüalanma mənbəyi, digəri isə tədqiqat-nüvə reaktorunun əsaslandırılması ilə bağlı layihələrdir", - deyə çərşənbə günü Trend -a eksklüziv açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib.

MAQATE nümayəndələri çərşənbə günü Bakıda danışıqlar aparıblar. MAQATE Azərbaycanda ilk nüvə tədqiqat reaktrının tikintisinə rəsmən icazə verib.

İlk nüvə tədqiqat reaktorunun tikintisi üçün Azərbaycan hökuməti razılığını verib. Azərbaycanda bu obyektin tikintisinə 2009-cu ildə başlanması və 2010-cu ildə başa çatdırılması nəzərdə tutulur.

Radiasiya Problemləri İnstitutu Azərbaycanda atom elektrik stansiyasının (AES) tikilməsi ilə bağlı da təkliflər zərfi hazırlayaraq hökumətə təqdim edib. İnstitut Azərbaycanda alternativ enerji mənbəyinin yaradılmasını zəruri hesab edir.

"Birinci layihədə həm sterilizasiya, həm də qida maddələrinin şüalanması aparıla bilər", -deyə Qəribov əlavə edib.

Onun sözlərinə görə, layihələrin həyata keçirilməsi ilə bağlı son qərarı Azərbaycan hökuməti verməlidir: "Layihələrin həyata keçirilməsi üçün ərazinin və maliyyənin ayrılması ilə bağlı qərarı hökumət verməlidir. Yaxın vaxtlarda bu məsələlər aydınlaşacaq". Qəribov bildirib ki, MAQATE nümayəndələri ilə aparılan danışıqların nəticələrindən razı qalıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti