...

Rusdilli mətbuat Azərbaycanda layiqli və möhkəm yer tutub - Ümumdünya rus mətbuatı assosiasiyasının prezidenti

Cəmiyyət Materials 14 İyun 2008 02:28 (UTC +04:00)
Rusdilli mətbuat Azərbaycanda layiqli və möhkəm yer tutub - Ümumdünya rus mətbuatı assosiasiyasının prezidenti

Rusiya, Moskva, 13 iyun/ Trend müxbir R.Ağaev/ Biz fəxr edirik ki, bizim azərbaycanlı dostlarımız rusdilli mətbuatın kontinqentini Azərbaycanda qoruyub-saxlamaqdan əlavə onu artırıblar. Və bu gün biz onu deyə bilər ki, rusdilli mətbuat Azərbaycanda layiqli, yaxşı və möhkəm yer tutub. Bu barədə cümə günü Trend a eksklüziv olaraq Ümumdünya rus mətbuatı assosiasiyasının prezidenti (ÜRMA), İTAR TASS informasiya agentliyinin baş direktoru Vitaliy İqnatenko, Moskvada keçirilən Ümumdünya rus mətbuatı konqressinin işini yekunlaşdırarkən bildirib.

Vitaliy İqnatenko xüsusən vurğulayıb ki, Azərbaycan birinci konqresdən birgə işdə iştirak edir. "Azərbaycan MDB məkanında aktiv jurnalistlər dəstəsini təmsil edir", - deyə o vurğuladı.

ÜRMA prezidentinin sözlərinə görə, vacib olan Ümumdünya rus mətbuatı konqresinin onilliyi, yubileyi deyil, vacib odur ki, tədbir xarici ölkələrin jurnallarınin, qəzetlərinin, televiziyalarının və radiolarının işini və qarşılıqlı əlaqələrini əməkdaşlığın yeni mərhələsinə çıxartdı.

"Bu konqress zamanı Rusiya Federasiyası prezidentinin, baş nazirinin, Rusiya prezidentinin administrasiyasının rəhbərinin çıxışı bizim üçün çox vacibdir. Bununla belə biz hiss etdik ki, bu işə lazımıq və hər zaman çalışacığıq ki, ölkələrimizin rəhbərlərinin ehtimadını doğruldaq", - Vitaliy İqnatenko əlavə edib.

X Ümumdünya rus mətbuatı konqresi Moskvada, beynəlxalq ticarət Mərkəzində, iyunun 11-dən 14-dək, 70 ölkədən baş redaktorları, aparıcı jurnalistləri ї rus, xarici, ümumilli rusiya KİV, informasiya agentliklərini, nəşriyyat evlərinin rəhbərlərini və informasiya xoldinqlərini, iştarkçıları və qonaqları bir araya gətirmişdir.

Forumun məqsədi rus mətbuatının xaricdə durumu və rus dilinin dünya sivilizasiyasının inkişafında rolunu öyrənməkdir.

Mühüm mövzulardan biri rusdilli diasporların qloballaşma şəraitində Ümümdünya rus mətbuatı assosiasiyasının yeri və rolu idi.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:[email protected]

Xəbər lenti

Xəbər lenti