...

Mən şairə adlandırılmaq haqqını qazanmamışam – Gövhər Həsənzadə

Cəmiyyət Materials 17 İyun 2008 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /müx. TrendLife Günel Əhmədova

Gövhər Həsənzadə təzə-təzə mahnılarına şeir yazmağa başlayanda tənqid hədəfinə çevrildi. Amma buna baxmayaraq müğənnilərin onun mahnılarına göstərdiyi marağı nəzərə alsaq onun adını ən bahalı bəstəkar siyahısına salmaq olar. Əldə etdiyimiz informasiyaya görə, Vaqif Gərayzadədən sonra mahnı siyahısına Gövhər xanım liderlik edir. Onun ən bahalı mahnısı 5000 manata satılır. Yaradıcılıq əsəri "Evrovision" səhnəsindən eşidilən bəstəkarın mahnılarına verilən qiymətin bir qədər artacağı deyilir. TrendLife-a açıqlamasında Gövhər xanım müraciətlərin sayının çoxaldığını söyləsə də, qiymətdə hələlik artım etmədiyini bildirdi. Bəstəkarın poeziya yaradıcılığına gəlincə, o, özünü bu sahənin həvəskarı adlandırdı:

"Poeziya yaradıcılığımın bir qolunu təşkil edir. Amma özümü bu sahədə peşəkar adlandımıram. Eyni zamanda mən kütləvi şəkildə şeir yazmıram. Ancaq öz mahnılarım üçün mətin hazırlayıram. Etiraf edim ki, mən şairə adlandırılmaq haqqını qazanmamışam. Düzdür, hər bir kəs çızma-qara edə bilər. Amma mən həvəskarlıqla peşəkarlığı bir-birindən ayırmağı bacarıram. Şair adını qazanmaq üçün əvvəlcə insanın istedadı olmalıdır və eyin zamanda məktəbini öyrənməlidir. Mən hələki özümü mahnı yaradıcılığında peşəkar hesab edirəm. Bəstəkar kimi müəyyən məqamlarda sözümü deyirəm".

Bu gün istedadlı gənclərin kifayət qədər olduğunu söyləyən Gövhər xanım eyni zamanda təəssüflənirki, qeyri-peşəkarlar onların önünə keçir. Onun fikrincə, müğənnilər kimimusiqiçilər arasında da peşəkarları kölgədə qoyan istedadsızlar var.

Xəbər lenti

Xəbər lenti