Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Gənclər və İdman Nazirliyi (AGİN) və Təhsil Nazirliyi ilə birlikdə yeni layihə hazırlayıb. Bu barədə çərşənbə axşamı AFFA-nın inzibati binasında keçirilən toplantıda Futbol Federasiyasının vitse-prezidenti Rauf Əliyev məlumat verib.
Vitse-prezidentin bildirdiyinə görə, AFFA AGİN və Təhsil Nazirliyi ilə birlikdə məktəblilər arasında ölkə çempionatını təşkil edəcək. Bu yarışda 1800 orta məktəb şagirdinin iştirak etməsi planlaşdırılıb.
Əliyev deyib ki, AFFA bu çempionatın oyunlarını izləmək üçün, xüsusi olaraq, altı nəfərdən ibarət seleskiyaçı qrupu yaradacaq. Seleksiyaçılar qrupu birinciliyin oyunlarında özünü yaxşı tərəfdən göstərən futbolçuları seçib, onları yığma komandalara və klublara təklif edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]