...

Azərbaycan gəncləri Moskvada xeyriyyə aksiyası təşkil ediblər

Cəmiyyət Materials 18 İyun 2008 20:52 (UTC +04:00)

Rusiya, Moskva, 18 iyun/ Trend , müxbir R.Ağayev/ Rusiyanın Azərbaycan Gənclər Təşkilatı (RAGT) çərşənbə günü Moskvada "Qanın milləti yoxdur" şüarı altında böyük miqyaslı xeyriyyə aksiyası keçiriblər. Aksiyanın təşəbbüskarı RAGT-ın rəhbəri, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevadır.

"Xeyriyyə aksiyasının keçirilməsinin məqsədi onkoloji xəstəlikləri olan uşaqlara yardım etməkdir. Qan verilməsi hesabına toplanmış bütün vəsaitlər N.Bloxin adına Rusiya Uşaq Onkologiya və Gematologiya Elmi Mərkəzinin hesabına köçürüləcək və xəstə uşaqların müalicəsinə yönəldiləcək. Aksiya Tibb İşçisi Gününə həsr olunub. Bu barədə Trend -a bu gün RAGT-ın nümayəndəsi məlumat verib.

Rusiya Elmi Cərrahiyyə Mərkəzinin laborator texnologiyalar şöbəsinin müdiri Əliheydər Rəhimovun sözlərinə görə, donorluq təhlükəsiz prosedurdur, bu könüllü xeyriyyə aksiyasıdır. Azərbaycan gənclərini donorluq işində bir araya gətirən bu təşəbbüs kifayət qədər alicənab işdir.

İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının ordinatoru Əşrəf Həsənov qeyd edib ki, hər donordan alınan qan üç xəstə üçün istifadə ediləcək. Onların ümumi sayı isə, təqribən beş mindir. Onun sözlərinə görə, ilk dəfə olaraq azərbaycanlılar Moskvada təşkil edilmiş qaydada qan verilməsi üzrə aksiya keçirirlər. "Azərbaycanlıların donor olması ümumilikdə azərbaycanlılara qarşı münasibətin yaxşılaşdırılmasında çox böyük müsbət rol oyanyır", - Həsənov qeyd edib. Onun sözlərinə görə, belə aksiya hər ay keçiriləcək.

Moskvada təhsil alan azərbaycanlı tələbələr və İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının həkimləri, həmçinin, Azərbaycan gəncliyinin nümayəndələri könüllü donorlar kimi çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti