...

Estrada, caz ifaçılarının xaricdə kurs keçmələri vacibdir – Sevda Ələkbərzadə

Cəmiyyət Materials 19 İyun 2008 10:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun /TrendLife müx. Günel Əhmədova

Müğənni Sevda Ələkbərzadə xaricdə keçdiyi təcrübə kurslarının onun fəaliyyətində xüsusi rol oynadığını söylədi. Son bir ildə müxtəlif ölkələrdə keçirilən musiqi dərslərinə qatılan S.Ələkbərzadə müğənni üçün bunun vacib amillərdən biri olduğunu TrendLife-a açıqlamısında bildirib:

"Müqayisə üçün qeyd edim ki, muğamı Azərbaycanda olduğu kimi, heç bir ölkədə öyrədə bilməzlər. Eyni zamanda estrada, cazı öyrənmək üçün bir qədər Avropa ölkələrinə üz tutmaq məqsədəuyğundur. Nə qədər çalışsaq belə burada özümüzü peşəkar səviyyəsində görə bilmərik. Bunu müxtəlif ölkələrin ustdad dərslərində iştirakından sonra açıq şəkildə deyirəm. Təcrübəmi artırmaq üçün kursların da sayını artırmağı düşünürəm. İnsan savadlandıqca, hələ çox şey bilmədiyini başa düşür. Amma kiçik bir çevrədə öyrəndiklərimiz bizim gözümüzdə dərya qədər görsənir. Estrada, caz ifaçılarının bu gün üçün Avropa ölkələrinə üz tutmaları vacibdir".

Xəbər lenti

Xəbər lenti