...

Azərbaycanın "Araz" futzal klubunun reytinq cədvəlindəki mövqeyi məlum olub

Cəmiyyət Materials 1 İyul 2008 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Araz" futzal klubu 45 futzal komandasının reytinq sıralamasında doqquzuncu yerdə qərarlaşıb. Bu, futzal klublarının reytinq cədvəlinin açıqlanmasından sonra məlum olub.

"Araz" klubu Azərbaycanın futzal üzrə sonuncu çempionatında çempion adını qazanmaqla yanaşı, ölkə kuboku uğrunda yarışda da birinci olub. Naxçıvanı təmsil edən komanda bu ilin payızında startı veriləcək Çempionlar Liqası yarışında Azərbaycanı təmsil edəcək.

Azərbaycan çempionatında və ölkə kuboku yarışında uğurlu çıxış edən komandanın Çempionlar Liqasında da yaxşı nəticə qazanması üçün heyətdə ciddi dəyişikliklər edilməsi nəzərdə tutulub. "Araz" klubunun baş məşqçisi "Bakı" futbol klubunu Azərbaycan çempionu etmiş Böyükağa Hacıyevdir. O, "Araz"ın baş məşqçisi vəzifəsinə yaxın vaxtlarda təyin olunub.

Xəbər lenti

Xəbər lenti