...

Almaniyada sərgi keçiriləcək

Cəmiyyət Materials 7 İyul 2008 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul /TrendLife müx. Eldar Hüseynzadə/

İyulun 14-dən avqustun 7-nə kimi Berlində XİN-nin binasında "İncəsənət- qorxulu deyil" adlı sərgi keçiriləcək. Mədəniyyət və turizm nazirliyinin mətbuat xidmətindən TrendLife-a verilən məlumata görə, sərgi Almaniyada Azərbaycan İlləri çərçivəsində təşkil olunacaq. Tədbirdə Vüqar Muradovun, Niyazi Nəcəfovun, Mahmud Rüstəmovun, Teymur Rüstəmovun Sənan Ələskərovun, Rəna Əfəndinin, Orxan Aslanovun, Rəşad Ələkbərovun ekspozisiyaları nümyiş olunacaq. Sərginin açılışında Pantomim Teatrının aktyorlarının: Bəhruz Əhmədlinin, Elman Rəfiyevin, Nargilə Qəribovanın çıxışları da gözlənilir.

Xəbər lenti

Xəbər lenti