...

Prokuror Azərbaycanın müxalifyönlü qəzetinin jurnalistini bıçaqlayan şəxsə iş istəyəcək

Cəmiyyət Materials 9 İyul 2008 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir N.Fətullayeva/ "Azadlıq" qəzetinin jurnalisti Aqil Xəlilin bıçaqlanması üzrə cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Çərşənbə günü keçirilən prosesdə cinayət işi üzrə sənədlər elan olunub.

Dövlət ittihamçısı çıxışa hazır olmadığından məhkəmədən vaxt istəyib.

Proses iyulun 14-də prokurorun çıxışı ilə davam edəcək.

Trend -un Arayışı: "Azadlıq" qəzetinin müxbiri Xəlil bu il martın 13-də Ayna Sultanova küçəsi 523-ci məhəllədə yerləşən binalardan birinin yaxınlığında naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Hadisə baş verən gündən Xəlil hadisənin əvvəllər "Zeytun bağı"adlanan sahədə baş vermiş insidentlə və jurnalist fəaliyyəti ilə bağlı olması, iki nəfər şəxs tərəfindən izlənildiyini bildirib.

Baş Prokurorluğun yaydığı məlumatda isə jurnalistin qeyri-ənənəvi cinsi orentasiyaya malik şəxslər tərəfindən bıçaqlandığı bəyan edilib.

Belə ki, Xəlilin əvvəllər tanıdığı və onunla intim əlaqədə olmuş Sergey Strekalin tərəfindən bıçaqlandığı istintaqla sübuta yetirilib.

Strekalin Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır xəsarət yetirmə (127.1) və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama (234.1) maddələri ilə təqsirli bilinərək həbs olunub.

Jurnalistin "Zeytunlar bağı" adlanan ərazidə döyülməsi faktı ilə bağlı başlanmış cinayət işinə isə xitam verilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti