...

MAQATE tədqiqat nüvə reaktorunun tikintisi ilə bağlı Azərbaycanla danışıqları davam etdirir

Cəmiyyət Materials 10 İyul 2008 00:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul/ Trend müxbir İ.Əlizadə/ BMT-nin Atom enerjisi üzrə beynəlxalq Agentliyi (MAQATE) Azərbaycanda nüvə tədqiqat reaktorunun tikintisinə kömək göstərməyə hazırdır.

"MAQATE Azərbaycanın özünün nüvə tədqiqat reaktorunun yaratmasına razıdır və əgər Azərbaycan höküməti müraciət edərsə Agentlik buna kömək etməyə hazırdır", çərşənbə günü Bakıda Trend a açıqlamasında Azərbaycanın MAQATE-ki nümayəndəsi Fuad İsmaylov bildirib.

MAQATE Azərbaycanda ilk nüvə tədqiqat reaktrının tikintisinə rəsmən icazə verib.

Azərbaycanda bu obyektin tikintisinə 2009-cu ildə başlanması və 2010-cu ildə başa çatdırılması nəzərdə tutulur.

Radiasiya Problemləri İnstitutu Azərbaycanda atom elektrik stansiyasının (AES) tikilməsi ilə bağlı da təkliflər zərfi hazırlayaraq hökumətə təqdim edib.

O qeyd edib ki, Azərbaycan alimləri və MAQATE eskpertləri nüvə reaktorunun tikintisi ilə bağlı müzakirə aparırlar.

Onun sözlərinə görə, nüvə reaktorunun nə vaxt və necə yaradılması məsələsi birgə müzakirələr zamanı müəyyənləşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti