...

Azərbaycanın futbol üzrə yığma komandalarının Avropa çempionatındakı oyunlarının vaxtı məlum olub

Cəmiyyət Materials 15 İyul 2008 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın qızlardan ibarət futbol üzrə yığma komandalarının Avropa çempionatında keçirəcəyi oyunların vaxtı məlum olub. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycanın 19 yaşlı qızlardan ibarət yığma komandası yer aldığı altıncı qrupun oyunlarını bu il sentyabrın 25-də, 27-də və 30-da keçirəcək. Azərbaycanlı futbolçular seçmə mərhələ çərçivəsində Çexiya, Finlandiya və Şimali İrlandiya yığma komandaları ilə qarşılaşacaqlar.

Avropa çempionatının seçmə mərhələsində altıncı qrupun oyunları Bakı şəhərində təşkil olunacaq.

Azərbaycanın 17 yaşlı qızlardan ibarət yığma komandasının Avropa çempionatının seçmə mərhələsindəki oyunları isə bu il oktyabrın 7-də, 9-da və 12-də keçiriləcək. İkinci qrupda yer alan azərbaycanlı futbolçuların rəqibləri İtaliya, Fransa və İslandiya yığma komandaları olacaq.

Avropa çempionatının seçmə mərhələsində ikinci qrupun oyunları İtaliyanın Verona şəhərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti