...

Olimpiadaya gedən yunanıstanlı idmançılar Bakıda olublar

Cəmiyyət Materials 22 İyul 2008 15:47 (UTC +04:00)
Olimpiadaya gedən yunanıstanlı idmançılar Bakıda olublar

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir R.Ergün/ Çinin Pekin şəhərində keçiriləcək Olimpiadaya gedən yunanıstanlı velosipedçilər Bakıda olublar. Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) Yunanıstandan olan idmançılarla görüş keçirilib.

Bakıdan keçib Pekinə gedən yunanıstanlı idmançıların sayı 59 nəfər olub.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmi şəxslər idmançılarla görüşüblər.

Görüşün sonunda yunanıstanlı velosipedçilər MOK-un binasının qarşısında ağaclar əkiblər.

Xəbər lenti

Xəbər lenti