...

Məlahət Abbasova tamaşaçılarla vidalaşacaq

Cəmiyyət Materials 23 İyul 2008 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /TrendLife müxbir Z. Rüstəmova

Hazırda yay istirahətini doğma vətəni Azərbaycanda keçirən aktirsa Məlahət Abbasova paytaxta Bodrumda başladığı tətildən sonra övladları ilə gəldiyini söylədi: "Qaynatam ağır vəziyyətdədir və həyat yoldaşım onun yanından ayrılmaq istəmir. Bizi yola saldı və hər gün onunla telefon bağlantımız olur".

Teatr fəaliyyətinin son illərdə çox irəlilədiyini söyləyən aktirsa böyük əsərləri səhnələşdirməyi düşünür. Teatr mövsümündə bir neçə əsəri təhvil verən aktirsa repertuarı azərbaycanlı ədiblərin əsərləri ilə genişləndirməkdə davam edir. Onun reallaşdırmaq istədiyi ən iri əsərlərdən biri isə İlyas İsmayılovun "Sən həmişə mənimləsən"in növbəti versiyasıdır. Aktrisa İlyas müəllimin sağlığında ona belə bir söz verdiyini söylədi. Bundan əlavə yazıçı Elçinin və Həsən Həsənovun əsərləri də rejissor xanımın səhnələşdirmək istədiyi tamaşalarının siyahısına daxildir".

Türkiyə qədər Azərbaycanda da məşhur olan "Min bir gecə" serialından söz salan aktirsa növbəti bölümün çəkilişlərinin avqustun 20-dən etibarən başlayacağını söylədi. "Kanal D" rəhbərliyinin təklifi ilə bölmələri uzadılan ekran işində Mehriban rolunun ifaçısı Məlahət Abbasovanın sona qədər oynayacağı gözlənilmir. Onun bildirdiyinə görə, teatrdan aldığı icazə müddəti bitmək üzrədir və vaxt darlığı onun hər iki işlə məşğul olmasına imkan vermir:

"Ola bilsin ki, Mehriban 4 bölümdən sonra filmlə vidalaşacaq. Çünki sona qədər seriala çəkilməyim mənim teatrdakı fəaliyyətimin üstündən xətt çəkə bilər".

Aktirsanın xatırlatmasına görə, onun TMC şirkəti ilə bağladığı müqaviləyə əsasən sözügedən filmdə çəkilir. Şirkət rəsmilərinin şərtlərinə görə, çəkiliş bitmədiyi müddətdə aktirsa başqa seriala dəvət ala və çəkilə bilməz. Bu səbəbdən Məlahət xanım dəvət aldığı bir çox yaradıcılıq işlərindən imtina etmək məcburiyyətində qalıb. Filmdə Azərbaycanla bağlı bəzi məqamların olduğu da tamaşaçıların diqqətindən yayınmayıb. Məlahət Abbasovanın məlumatına görə, bu, filmin ssenari müəllifi Yıldız Tunca məxsusdur. Yəni, burada aktrisanın təşəbbüsü olmayıb. Onun sözlərinə görə, Yıldız xanım Azərbaycanın tarixi və bu günü ilə yaxından maraqlanan türk vətəndaşlarındadır.

Sonda aktirsa "Min bir gecə"nin qəhrəmanlarının Bakıya gələcəyi barədə yayılan xəbərlərə də münasibətini bildirdi. Xatırladaq ki, xəbərdə filmin qəhrəmanlarının müğənni Aybəniz Haşımovanın təşəbbüsü ilə və Məlahət xanımın yardımı ilə gələcəyi deyilir:

"Aybəniz xanımın qızı Aynişan filmin qəhrəmanlarını çox sevir. Onlarla telefon bağlantılarımın birində Aybəniz xanım bu barədə mənə bildirmişdi. Həmin vaxt mən çəkiliş meydançasında və aktyorlara yaxın yerdə idim. Təşəbbüsümlə Aynişan Şəhrizad və Onur rolunun oyunçuları ilə telefonla danışdı və onları Bakıya dəvət etdi. Dəvəti qəbul edən aktyor dostlarım Bakı ilə yaxından tanış olmaq istədiklərini gizlətmədilər. Söhbət orada da tamamlanıb. Yəni, bu istiqamətdə Aybəniz xanımdan mənə və ya onlara əlavə müraciət olmayıb. Mən müğənni dostuma istənilən vaxt kömək etməyə hazır olduğumu bildirmişəm".

Xəbər lenti

Xəbər lenti