...

Saxalində festival keçiriləcək

Cəmiyyət Materials 23 İyul 2008 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /TrendLife müxbir Eldar Hüseynzadə/

Sentyabrın sonunda Saxalində sayca dördüncü olan "Saxalində yüksək musiqi günləri" adlı nüfuzlu festival keçiriləcək. Festivalda Azərbaycanın əməkdar artisti, pianoçu Murad Adıgözəlzadə də çıxış edəcək. "Sentyabrın 29-da Saxalinə uçuram. Məni orada keçirilən festivala dəvət ediblər. Festival üç konsertdən ibarət olacaq". Bu sözləri TrendLife-a Murad Adıgözəlzadə söyləyib. Onun sözlərinə görə, birinci konsertdə o, tanınmış skripka ifaçısı Dmitri Koqanla ifa edəcək. İkinci gün pianoçunun solo konserti təşkil olunacaq. Festivalın üçüncü günü isə Vladimir Spivakovun rəhbərliyi ilə Rusiyanın "Virtuozı Moskvı" Dövlət Kamera Orkestri ilə birlikdə çıxış edəcək. Onu da qeyd edək ki. festivala tanınmış skripka ifaçısı D. Koqan rəhbərlik edəcək.

Xəbər lenti

Xəbər lenti