...

Xatirə İslam tarixə düşmək istəyir

Cəmiyyət Materials 24 İyul 2008 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /TrendLife müxbir Z.Rüstəmova

"Bu gün dinlədiyim ifaçılar arasında yalnız xanəndə Aygün Bayramovanın adını çəkə bilərəm. Ümumiyyətlə, mənim musiqi arxivim yoxdur və istədiyim musiqini radiodan dinləyə bilirəm. Nə vaxtsa maqazinə gedib kiminsə diskini aldığımı xatırlamıram. Maşınımda yalnız adını çəkdiyim xanım müğənninin diskidir. İstədiyim vaxt onu dinləyirəm". Bu sözləri TrendLife-a İslam Rzayevin tələbəsi olan müğənni Xatirə İslam deyib. Vaxtilə müəlliminin yaradıcılığından bəhrələndiyini söyləyən müğənni onu və bir çox korifeylərin sənətinə hörmtələ yanaşdı: "Valideynlərim evdə məxsusi guşə yaradıblar və orada bütün korifeylərin lent yazısı toplanıb. Artıq həmin materialların hamısını dinləmişəm və onlar mənim üçün bir məktəb olub".

Müğənni eyni zamanda xeyriyyəçilik missyası ilə çıxış edir. Onun bir müddət əvvəl əməkdar artist Firuz Əliyev üçün çəkdirdiyi klipə bu günlərdə təqdimat mərasimi keçiriləcək. Müğənninin eyni missiyanı xalq artisti Habil Əliyev üçün edəcəyi bildirilsə də, müğənni bu barədə dəqiq fikir söyləmədi. Əvəzində bildirdi ki, korifeylərdən birinin repertuarından olan retro mahnıya onun ifasında klip çəkiləcək: "Sənətkarlarımızın bu gün qayğıya ehtiyacları var. Mən onlara olan hörmətimi bu və ya digər şəkildə göstərməyə çalışıram. İstəyirəm eləyə bildiklərim məndən yadigar qalsın".

Xəbər lenti

Xəbər lenti